EN

Merkel: İsrail özünü müdafiə etməyi bacarmalıdır

ain.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Almaniyanın keçmiş kansleri Angela Merkel (2005-2021) İsrailin özünümüdafiə hüququndan danışarkən bildirib ki, yəhudi dövləti özünü müdafiə edə bilməlidir.

Bizimyol.info xəbər verir ki, bu barədə Merkel “Neue Osnabrücker Zeitung” qəzetinə müsahibəsində deyib.

“Əgər kiməsə İsrail dövlətini məhv etmək istədiyini söyləməkdən çəkinmirsə, İsrail buna qarşı özünü müdafiə edə bilməlidir”, - deyə o qeyd edib.

İsrailin hərəkətlərinin beynəlxalq hüquqa uyğunluğu ilə bağlı son şübhələr fonunda Almaniyanın keçmiş kansleri “İsrailin beynəlxalq hüquqa əməl etməməsi mesajı ilə tamamilə razı olmadığını” vurğulayıb.

“Həmas və ya İran tərəfindən bir ölkənin varlığı şübhə altına alındıqda, bu suala beynəlxalq hüquq baxımından cavab vermək o qədər də asan deyil”, - deyə Merkel qeyd edib.

İsrail iyunun 13-nə keçən gecə İrana qarşı hərbi əməliyyata başlayıb. Bir gün keçməmiş İslam Respublikası əks-hücum həyata keçirib. Sonrakı günlərdə ölkələr yenidən qarşılıqlı hücumları davam etdiriblər. Hər iki tərəf bu hücumlar nəticəsində ölən və yaralananların olduğunu bildirib və bir sıra hədəfləri vurduğunu etiraf edib. Qarşılıqlı hava hücumları davam edir.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
78
50
bizimyol.info

10Sources