EN

AzMİU THE Impact Rankings 2025-də mövqeyini gücləndirib - FOTO

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) 2025-ci il üçün Times Higher Education (THE) Impact Rankings beynəlxalq reytinqində əldə etdiyi nəticələr açıqlanıb. Universitetimiz BMT-nin Davamlı İnkişaf Məqsədləri (SDG) çərçivəsində qlobal ali təhsil müəssisələri arasında mövqeyini daha da möhkəmləndirib.

"Unikal" xəbər verir ki, 2025-ci ildə AzMİU “Keyfiyyətli təhsil” (SDG 4) sahəsində əhəmiyyətli irəliləyişə nail olaraq balını 27.5-dən 42.3-ə yüksəldib və dünya universitetləri arasında mövqeyini qoruyub. Bununla yanaşı, universitet “Təmiz su və sanitariya” (SDG 6) və “Dayanıqlı şəhərlər və cəmiyyətlər” (SDG 11) üzrə ilk dəfə reytinqə daxil olub.

“Layiqli əmək və iqtisadi artım” (SDG 8) istiqamətində isə AzMİU əvvəlki göstəricilərini daha da yaxşılaşdırıb. Eyni zamanda “Partnyorluq və məqsədlər” (SDG 17) sahəsində tam hesabatlılıqla – 100% göstərici ilə böyük nailiyyət əldə edib.

Bu nəticələr universitetin davamlı inkişaf, sosial məsuliyyət və cəmiyyətə töhfə istiqamətində həyata keçirdiyi məqsədyönlü fəaliyyətin göstəricisidir.

AzMİU gələcəkdə gender bərabərliyi, innovasiya və ekoloji davamlılıq sahələrində strateji inkişaf planlarını genişləndirərək, beynəlxalq arenada nüfuzunu daha da yüksəltməyi qarşısına məqsəd qoyub.

Chosen
6
2
unikal.az

4Sources