AZ

AzMİU THE Impact Rankings 2025-də mövqeyini gücləndirib

Bakı. Trend:

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) 2025-ci ilüçün Times Higher Education (THE) Impact Rankings beynəlxalqreytinqində əldə etdiyi nəticələr açıqlanıb. UniversitetimizBMT-nin Davamlı İnkişaf Məqsədləri (SDG) çərçivəsində qlobal alitəhsil müəssisələri arasında mövqeyini daha da möhkəmləndirib.

2025-ci ildə AzMİU “Keyfiyyətli təhsil” (SDG 4) sahəsindəəhəmiyyətli irəliləyişə nail olaraq balını 27.5-dən 42.3-əyüksəldib və dünya universitetləri arasında mövqeyini qoruyub.Bununla yanaşı, universitet “Təmiz su və sanitariya” (SDG 6) və“Dayanıqlı şəhərlər və cəmiyyətlər” (SDG 11) üzrə ilk dəfə reytinqədaxil olub.

“Layiqli əmək və iqtisadi artım” (SDG 8) istiqamətində isə AzMİUəvvəlki göstəricilərini daha da yaxşılaşdırıb. Eyni zamanda“Partnyorluq və məqsədlər” (SDG 17) sahəsində tam hesabatlılıqla –100% göstərici ilə böyük nailiyyət əldə edib.

Bu nəticələr universitetin davamlı inkişaf, sosial məsuliyyət vəcəmiyyətə töhfə istiqamətində həyata keçirdiyi məqsədyönlüfəaliyyətin göstəricisidir.

AzMİU gələcəkdə gender bərabərliyi, innovasiya və ekolojidavamlılıq sahələrində strateji inkişaf planlarını genişləndirərək,beynəlxalq arenada nüfuzunu daha da yüksəltməyi qarşısına məqsədqoyub.

Məqalədə:
Seçilən
3
2
az.trend.az

4Mənbələr