EN

Paşinyan: Zəngəzur dəhlizi olmayacaq

"Dedik ki, Zəngəzur dəhlizi olmayacaq, amma “Sülh kəsişməsi” olacaq".

Yenisabah.az armenian news-a istinadla xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Ərdoğanla görüşdən əvvəl Türkiyənin erməni icması ilə görüşündə deyib.

O izah edib ki, bu, ərazi bütövlüyünə və suverenliyinə hörmət deməkdir. Paşinyanın sözlərinə görə, Araz çayından o tərəfdə Ermənistan yoxdur, Türkiyə var.

Baş nazir qeyd edib ki, Orta Dəhliz gündəliyi Türkiyə üçün vacibdir. O hesab edir ki, “Sülhün kəsişməsi” layihəsinin özəlliklərindən biri də onun Türkiyə tərəfindən qorunduğu və təşviq edildiyi Orta Dəhlizə tam daxil olmasıdır:

"Mənə aydındır ki, "Sülhün kəsişməsi” layihəsi Orta Dəhliz layihəsinin bir hissəsi ola bilər və bu məntiqə uyğundur. Əgər (Azərbaycan və Türkiyə – red.) Ermənistan ərazisindən keçmək istəyirlərsə, yaxşı, köçsünlər. Bu pisdirmi? Biz özümüz bunu “Sülhün kəsişməsi” layihəsi çərçivəsində təklif edirik”.


Telegram kanalımız
Chosen
8
1
yenisabah.az

2Sources