AZ

Paşinyan: Zəngəzur dəhlizi olmayacaq

"Dedik ki, Zəngəzur dəhlizi olmayacaq, amma “Sülh kəsişməsi” olacaq".

Hurriyyet.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Ərdoğanla görüşdən əvvəl Türkiyənin erməni icması ilə görüşündə deyib.

O izah edib ki, bu, ərazi bütövlüyünə və suverenliyinə hörmət deməkdir. Paşinyanın sözlərinə görə, Araz çayından o tərəfdə Ermənistan yoxdur, Türkiyə var.

Baş nazir qeyd edib ki, Orta Dəhliz gündəliyi Türkiyə üçün vacibdir. O hesab edir ki, “Sülhün kəsişməsi” layihəsinin özəlliklərindən biri də onun Türkiyə tərəfindən qorunduğu və təşviq edildiyi Orta Dəhlizə tam daxil olmasıdır:

"Mənə aydındır ki, "Sülhün kəsişməsi” layihəsi Orta Dəhliz layihəsinin bir hissəsi ola bilər və bu məntiqə uyğundur. Əgər (Azərbaycan və Türkiyə – red.) Ermənistan ərazisindən keçmək istəyirlərsə, yaxşı, köçsünlər. Bu pisdirmi? Biz özümüz bunu “Sülhün kəsişməsi” layihəsi çərçivəsində təklif edirik”.

Yenisabah.az

Seçilən
4
1
hurriyyet.az

2Mənbələr