EN

Suriyada 14 ildən sonra ilk: Beynəlxalq pul köçürməsi reallaşdı

Suriya bir neçə həftə ərzində ABŞ bankı ilə ilk pul transferini həyata keçirməyə hazırlaşır.

NOCOMMENT.az xəbər verir ki, Suriya Mərkəzi Bankının rəhbəri Əbdülqadir Hüsrəyih bu həftə SWIFT sistemi üzərindən ilk dəfə birbaşa beynəlxalq pul köçürməsi həyata keçirdiklərini açıqlayıb.

Hüsrəyih bildirib ki, birbaşa pul köçürməsi bazar günü İtalya bankına göndərilib və daha çox əməliyyat üçün qapılar açıqdır.

O həmçinin qeyd edib ki, suriyalı və amerikalı kommersiya bankları arasında dünən keçirilən yüksək səviyyəli görüşdən sonra Suriya bir neçə həftə ərzində ABŞ-da yerləşən bir bankla ilk pul transferini reallaşdırmağa hazırlaşır.

Suriyalı və ABŞ-lı banklar arasında pul köçürmələrinin yenidən başlaması, 14 illik vətəndaş müharibəsindən sonra Suriya hökumətinin ölkəni qlobal maliyyə sektoruna inteqrasiya etmə istiqamətindəki səylərində mühüm mərhələ sayılır.\\Valyuta.az

Chosen
31
1
nocomment.az

2Sources