Məşhur türkiyəli aktyor Çağatay Ulusoy Bolqarıstan vətəndaşlığı alıb.
Publika.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.
Aktyorun artıq iki ölkənin vətəndaşı olduğu proses zamanı çəkilmiş bir fotoşəklin sosial şəbəkələrə sızması ilə məlum olub.
Aktyor vətəndaşlıq sənədləri ilə bağlı prosedurlar zamanı dövlət qulluqçusu ilə şəkil çəkdirib. Həmin şəxs bu görüntünü şəxsi hesabında paylaşdıqdan sonra foto qısa müddətdə yayılıb.