“Eşref Rüya” serialının baş rol ifaçısı Çağatay Ulusoy Bolqarıstan vətəndaşlığı alıb.
Musavat.com xəbər verir ki, məşhur aktyorun artıq iki vətəndaşlığa sahib olduğu sənədləşmə prosesi zamanı çəkilmiş bir fotonun sosial şəbəkələrdə yayılması ilə ortaya çıxıb.
Sənədlərlə məşğul olan bir dövlət qulluqçusu Çağatay Ulusoy ilə xatirə şəkli çəkdirərək həmin fotonu şəxsi sosial media hesabında paylaşıb. Qısa zamanda yayılan bu görüntü aktyorun yeni vətəndaşlığı ilə bağlı yayılan iddiaları təsdiqləyib.
İstanbulda doğulan Çağatay Ulusoyun ana tərəfindən bosniyalı, ata tərəfindən isə Bolqarıstandan köç etmiş türk əsilli olduğu məlumdur. Onun vətəndaşlıq prosedurlarını da məhz bu mənşəyə əsasən tamamladığı bildirilib.
Musavat.com
