EN

Mən onlara maksimum iki həftə vaxt vermişəm – ABŞ prezidenti Donald Tramp

ABŞ prezidenti Donald Tramp jurnalistlərin İranla müharibəyə İsrail tərəfində daxil olub-olmaması ilə bağlı qərarını nə qədər təxirə saldığını soruşub.

“Mən onlara [İrana] vaxt verirəm və deyərdim ki, maksimum iki həftədir”, – deyə Tramp cavab verib.
Amerika lideri bildirib ki, o, İsraili İrana zərbə endirməyə çağırmaq niyyətində deyil və ABŞ-ın müdaxiləsinə ehtiyac olmaya bilər: “İsraildən İrana zərbə endirməyi dayandırmasını istəmək çətindir, çünki onlar qalib gəlirlər”, – Tramp deyib. Onun sözlərinə görə, ABŞ-ın quru qoşunlarının İranda mümkün istifadəsi barədə danışmaq belə istəmir və bunu ifrat variant adlandırır. ABŞ lideri əlavə edib ki, Tehran Avropa ilə deyil, Vaşinqtonla danışıqlar aparmaq istəyir.

Tramp iddia edib ki, ABŞ-ın İranın nüvə hərbi ambisiyaları ilə bağlı kəşfiyyat məlumatları var və “nüvə silahı hazırlamağa həftələr və ya aylar qalıb”. ABŞ kəşfiyyatının məlumatına görə, İran nüvə silahı yaradıb-yaratmamaq barədə hələlik yekun qərar verməyib. Onlar hesab edirlər ki, uranın zənginləşdirilməsi üzrə əsas obyektə hücum və ya İranın ali liderinin İsrail tərəfindən öldürülməsi buna təkan verə bilər.
“The New York Times” yazıb ki, Trampın Amerikanın İrana hücum edib-etməyəcəyi ilə bağlı qərarını gecikdirməsi İsraili strateji çıxılmaz vəziyyətə salıb.

//Samir Qurbanov, Editor.az

Chosen
5
editor.az

1Sources