EN

ABŞ-ın İrana qarşı hərbi əməliyyatına kim rəhbərlik edə bilər?


ABŞ prezidenti Donald Tramp İrana hücum etmək qərarına gələrsə, hava hücumlarına “Qorilla” ləqəbli general rəhbərlik edəcək. Bu ləqəb ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) Yaxın Şərq üzrə məsul zabiti Maykl Kurillanın soyadından irəli gəlir. Müdafiə naziri Pit Heqset, prezidentin də diqqətini çəkən qətiyyətli hərbçiyə tam etibar edir.

Kurilla artıq USS Nimitz təyyarədaşıyan gəmisinin rəhbərliyilə əlavə donanma göndərib. Həmçinin əlavə F-22, F-35 və F-16 qırıcı və bombardmançı təyyarələrini yerləşdirməklə ABŞ-ın bölgədəki hərbi varlığını daha da gücləndirib. O, Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Den Keynin daha ehtiyatlı yanaşmasına baxmayaraq, bu qərara nail ola bilib. General Kurillanın İraq, Əfqanıstan və Suriya müharibələrdə təcrübəsi var. Belə ki, o, 2005-ci ildə Mosula (İraq) edilən hücumda iştirak edib, üç dəfə yaralanıb, lakin döyüşü davam etdirib. Kurilla şücaətinə görə bir neçə Bürünc Ulduz medalı aldı. O, Yaxın Şərqdəki vəziyyətə yaxşı bələddir və İsraillə İran arasındakı münaqişənin mahiyyətini anlayır.

Surxay Əliyev

Chosen
8
5
baki-xeber.com

6Sources