Aktual.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Arakçı "NBC Nyus" telekanalına müsahibəsində bildirib.
"Müharibə gedirsə, tərəflər bir-birinə zərbə endirir. Bu, aydın məsələdir. Özünümüdafiə isə hər bir ölkənin qanuni haqqıdır,” – nazir deyib.
İranın baş diplomatı onu da vurğulayıb ki, əgər ABŞ Prezidenti Donald Tramp istəsəydi, bir telefon zəngi ilə İsraili İrana hücumu dayandırmağa razı sala bilərdi.