BAKI, 21 iyun. TELEQRAF
"Naxçıvanda edilən dəyişikliklər gələcəkdə digər rayonlara da tətbiq edilə bilər".
Teleqraf xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Siyavuş Novruzov “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Konstitusiya qanununa təklif edilən dəyişiklik layihəsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, Prezidentin səlahiyyətli nümayəndəsinin təyinatı işlərin daha da sürətləndirilməsinə səsəb ola bilər:
"Zəngəzur dəhlizi açıldıqdan sonra Mərkəzi Asiya ilə Avropanı birləşdirən yolun bilavasitə Naxçıəvandan keçməsi burada görüləcək işlərin sürətləndirilməsini vacib edir. Naxçıvanda həyata keçirilən təcrübəni digər rayonlara da tətbiq etmək olar. Bu, işlərin daha da sürətlənməsinə, həmin ərazilərin inkişafına səbəb olacaq", - deyə deputat deyib.