Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi ilə bağlı qanun layihəsi Azərbaycan Milli Məclisinə göndərilib.
Publika.az Teleqraf-a istinadla xəbər verir ki, muxtar respublikada məsələ ilə bağlı müzakirələr yekunlaşıb.
Qanun layihəsi Naxçıvan Ali Məclisinin iclaslarında müzakirəyə çıxarılıb, səsverməyə qoyularaq qəbul edilib.
Daha sonra Ali Məclis sədrinin birinci müavini (sədrin səlahiyyətlərini icra edir - red.) Bəxtiyar Məmmədov layihəni imzalayıb və Azərbaycan parlamentinə təqdim edib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr sektorundən Teleqraf-ın sorğusuna cavab olaraq məlumatı təsdiqləyiblər.