AFFA İcraiyyə Komitəsi (İK) qarşıdakı günlərdə bir araya gələcək.
Saytımız bu barədə federasiyadan məlumat əldə edib.
Redaksiyamıza daxil olan informasiyaya görə, ali qərarverici orqanın iyunun 24-də yığışması planlaşdırılır. Artıq toplantının vaxtı ilə bağlı üzvlərə bildiriş göndərilib.
Gündəliyə bir neçə məsələ daxildir.
Bura Premyer Liqanın reqlamenti, I və II Liqaya aid məsələlər, o cümlədən, Əvəzedicilər Liqasının ləğvinə dair müzakirələr daxildir.
SPORTİNFO.AZ