EN

AFFA rəhbərliyi mühüm qərarlar verəcək - Bu tarixi gözləyin!

AFFA İcraiyyə Komitəsi (İK) qarşıdakı günlərdə bir araya gələcək.

Saytımız bu barədə federasiyadan məlumat əldə edib.

Redaksiyamıza daxil olan informasiyaya görə, ali qərarverici orqanın iyunun 24-də yığışması planlaşdırılır. Artıq toplantının vaxtı ilə bağlı üzvlərə bildiriş göndərilib.

Gündəliyə bir neçə məsələ daxildir.

Bura Premyer Liqanın reqlamenti, I və II Liqaya aid məsələlər, o cümlədən, Əvəzedicilər Liqasının ləğvinə dair müzakirələr daxildir.

SPORTİNFO.AZ

Chosen
22
49
sportinfo.az

10Sources