EN

Fransanın Azərbaycandakı səfiri: Şuşa Azərbaycan mədəniyyətində çox mühüm rol oynayır

BAKI, 21 iyun. TELEQRAF

"Bu, mənim Şuşaya ilk səfərimdir və bu şəhəri kəşf etmək imkanı qazandığım üçün çox şadam. Əvvəllər də dediyim kimi, bu şəhərin Azərbaycan xalqının qəlbində çox əziz bir yeri var, çünki o, Azərbaycan mədəniyyətində çox mühüm rol oynayır".

Bu barədə Teleqraf-a Fransanın Azərbaycandakı səfiri Ann Buayon deyib.

Biz Azərbaycanın mədəniyyətini formalaşdıran görkəmli bəstəkarlar və şairlərə həsr olunmuş bir neçə muzeyi ziyarət etdik. Tikinti işlərindən və bu mühüm mədəniyyət ocaqlarının, Azərbaycan mədəniyyətinin simvollarının yenidən canlandırılaraq ziyarətçilərin üzünə açılmasından çox təsirləndim. Bəli, insanlara Şuşaya səfər etməyi tövsiyə edirəm, çünki düşünürəm ki, bu, Azərbaycanı daha yaxından tanımaq üçün yaxşı bir yoldur”.

Chosen
34
5
teleqraf.com

9Sources