EN

Gürcüstan DTX keçmiş nazir müavinini həbs etdi

TBİLİSİ, 21 iyun. TELEQRAF

Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti (DTX) ölkənin iqtisadiyyat nazirinin keçmiş müavini Romeo Mikautadzeni həbs edib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə DTX-də keçirilmiş brifinqdə bildirilib.

Qeyd olunub ki, R.Mikautadze vəzifə səlahiyyətlərindən sui-istifadə və milyonlarla lari məbləğində qeyri-qanuni gəlirin leqallaşdırılması faktları üzrə məhkəmə qərarı əsasında həbs edilib.

Chosen
24
1
teleqraf.com

3Sources