Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti (DTX) ölkənin iqtisadiyyat və dayanıqlı inkişaf nazirinin keçmiş müavini Romeo Mikautadzeni həbs edib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə DTX-də keçirilmiş brifinqdə bildirilib.
Qeyd olunub ki, R.Mikautadze vəzifə səlahiyyətlərindən sui-istifadə və milyonlarla lari məbləğində qeyri-qanuni gəlirin leqallaşdırılması faktları üzrə məhkəmə qərarı əsasında həbs edilib.
Qeyd edək ki, R.Mikautadze 2021-2022-ci illərdə Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf nazirinin müavini, 2022-2024-cü illərdə isə birinci müavini olub.