Lüksemburqda keçirilən Aİ İqtisadiyyat və Maliyyə Nazirləri Şurası cümə günü Bolqarıstanın avrozonaya daxil olmasını tövsiyə etmək qərarına gəlib.
"Şura Bolqarıstanın avroya keçməsi ilə bağlı tövsiyəni qəbul edib və 26-27 iyun tarixlərində keçiriləcək iclasında müzakirə olunmaq üçün Avropa Şurasına avrozonanın genişləndirilməsi ilə bağlı məktubu təsdiqləyib", - Aİ Şurasının iclasdan sonra yaydığı bəyanatda deyilir.
Aİ Şurasının Bolqarıstanın 2026-cı ilin yanvarına qədər avro zonasına qoşulması üçün lazım olan hüquqi aktları iyul ayında rəsmi şəkildə təsdiq edəcəyi gözlənilir.
Əziz Mustafa, Oxuməni.az