EN

Ağaddin Babayev vəfat edib

Tanınmış jurnalist Ağaddin Babayev vəfat edib.

Yenisabah.az xəbər verir ki, o, doğulub boya-başa çatdığı Lənkəran rayon Şağlaser kəndində vəfat edib.

Dəfn mərasimi kənd qəbiristanlığında baş tutacaq.

1956-cı ildə anadan olan Ağaddin Babayevin hekayə, pyes və şeirləri, habelə rus və dünya ədəbiyyatından tərcümələri müxtəlif almanaxlarda, mətbu orqanlarında dərc olunub. Bir neçə pyesi və tərcüməsi Lənkəran və Mingəçevir Dövlət Dram Teatrlarında, Şuşa Dövlət Musiqili Dram Teatrında, Salyan Dövlət Kukla Teatrında tamaşaya qoyulub. Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Teatır Xadimlər İttifaqının üzvü olub.

Qeyd edək ki, Ağaddin Babayev bir müddət APA-nın cənub bölgəsi üzrə müxbiri olub.

Allah rəhmət eləsin.

Aydan Hacıbalazadə  


Telegram kanalımız
Chosen
17
20
yenisabah.az

10Sources