Avtosfer saytından verilən məlumata görə, ain.az xəbər verir.
Bakıda yol nişanlarına baxmayaraq avtomobil idarə edən sürücü çaşqınlıq içində qalıb. Avtosfer.az xəbər verir ki, videogörüntü mayın 17-də, paytaxtın Parlament prospektində qeydə alınıb.
Belə ki, 18-BK-128 qeydiyyat nişanlı "Hyundai" markalı avtomobilin sürücüsü yol nişanlarına baxmadan hərəkət etdiyi üçün dairədə nə edəcəyini bilməyib. O, baş yolda olmasına baxmayaraq, dairədə dayanaraq ikinci dərəcəli yoldakı avtomobillərə yol verib.
Qeyd edək ki, bəzi sürücülər bu dairədə nə edəcəklərini, kimin üstünlüyə malik olduqlarını bilmirlər. Bunun da səbəbi yol nişanlarına baxmamalarıdır. Yolayrıcının yaxınlığında baş yol nişanı və eyni zamanda ikinci dərəcəli yolda isə yol ver nişanı quraşdırılıb.
Fərid
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.