"Renn"in 23 yaşlı hücumçusu Arno Kalimuendo "Roma"ya keçə bilər.
Sportal.az "Sportmediaset" portalına istinadən xəbər verir ki, “canavarlar” komandadan ayrılan Eldor Şomurodovun yerinə məhz Arnonu transfer etməyi planlaşdırır.
Kalimuendo PSJ akademiyasının yetirməsidir.
O, 2022-ci ilin avqustunda 20 milyon avroya “Renn”ə keçib. Forvard bundan savayı “Lans”da da çıxış edib.
Arnonun "Roma"ya keçidinin bu yay reallaşacağı gözlənilir.
saytlarin hazirlanmasi