EN

Putin İranın nüvə proqramı hüququnu dəstəkləyir

Rusiya kütləvi qırğın silahlarının yayılmasına, o cümlədən İranın onları əldə etməsinə qarşıdır.

Editor.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Sky News Arabia telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, Rusiya tərəfi İranın dinc nüvə enerjisini inkişaf etdirməsinə dəstək verməyə hazırdır. Bununla bağlı Rusiya lideri vurğulayıb ki, İran tərəfi nüvə texnologiyasından dinc məqsədlər üçün istifadə etmək hüququna malikdir.

Həmin müsahibədə prezident qeyd edib ki, Rusiya dəfələrlə İsrailə İranın nüvə silahı əldə etmək planlarına dair heç bir sübutun olmadığı barədə məlumat verib.

//Gülnarə Abasova, Editor.az

Chosen
9
editor.az

1Sources