EN

Metrosunun iş rejimində dəyişiklik - Bütün stansiyalar gecə 2-yə kimi işləyəcək

Bu gün keçiriləcək "UFC Fight Night" (UFC döyüş gecəsi) ilə əlaqədar Bakı metrosunun iş rejimində dəyişiklik olunacaq.
 
Bu barədə Moderator.az-a "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.
 
Məlumata əsasən, saat 20:00-dan 00:00-dək davam edəcək tədbirlə bağlı metro stansiyalarında iş saatları iyunun 21-dən 22-nə keçən gecə 2 saat uzadılacaq:
 
"Tədbir iştirakçılarının mənzil başına rahat çatması üçün bütün stansiyaların girişi saat 00:00-dan 02:00-dək açıq saxlanılacaq".
 
Bildirilib ki, sərnişinlərin təhlükəsiz daşınmasını təmin etmək üçün Bakı Kristal Zalına daha yaxın yerləşən "Sahil" və "İçərişəhər" stansiyalarında ehtiyat tədbirləri görüləcək.
Chosen
12
28
moderator.az

10Sources