EN

Premyer Liqa klubu baş məşqçi ilə yollarını ayırdı 

Bu mövsüm Misli Premyer Liqasına vəsiqə qazanan “İmişli”də ayrılıq yaşanıb.

İdmanxeber.az xəbər verir ki, komandanın baş məşqçisi Fərid Namazovla yollar ayrılıb. Bu barədə klubun mətbuat xidmətinin məlumat yayıb.

“İmişli” Fərid Namazov olmaqla məşqçilər korpusuna göstərdikləri xidmətlərə görə təşəkkürünü bildirib.

Qeyd edək ki, 32 yaşlı mütəxəssis ötən ilin avqust ayından komandaya rəhbərlik edirdi.

Xatırladaq ki, “İmişli” bir neçə əcnəbi məşqçi ilə danışıqlar aparır.

Chosen
7
1
idmanxeber.az

2Sources