İyunun 21-də Bakı Kristal Zalında keçiriləcək "UFC Fight Night” (UFC döyüş gecəsi) ilə əlaqədar Bakı metropoliteninin iş rejimində dəyişiklik olunacaq.
Bu haqda "Bakı Metropoliten” QSC məlumat yayıb.
Saat 20:00-dan 00:00-dək davam edəcək tədbirlə bağlı metro stansiyalarında iş saatları iyunun 21-dən 22-nə keçən gecə 2 saat uzadılacaq.
Tədbir iştirakçılarının mənzil başına rahat çatması üçün bütün stansiyaların girişi saat 00:00-dan 02:00-dək açıq saxlanılacaq.
Həmçinin sərnişinlərin təhlükəsiz daşınmasını təmin etmək üçün Bakı Kristal Zalına daha yaxın yerləşən "Sahil” və "İçərişəhər” stansiyalarında ehtiyat tədbirləri görüləcək.