EN

“Dallas” Deburu göndərdi, “Boston” Şturmu gətirdi

ain.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

MHL-də hər mövsüm başa çatandan sonra məşqçi istefaları adi hal alır. "Football-plus.az" xəbər verir ki, “Dallas” 2022-ci ildən “sükanı arxasında” olan Piter Deburu istefaya göndərib. Klubun baş meneceri Cim Hillin açıqlaması:

“Məsələni dərindən öyrənəndən sonra bu nəticəyə gəldik ki, paltardəyişmə otağımızda bizi hədəfə - Stenli kubokunda qələbəyə yaxınlaşdıran yeni səs lazımdı. Son üç mövsümdə komanda üçün etdiklərinə görə Pitə minnətdaram, ona gələcəkdə hər şeyin ən yaxşısını arzulayıram”.

Xatırladaq ki, son mövsümdə müntəzəm çempionatı Qərb konfransının üçüncüsü kimi bitirən “Dallas” Stenli kubokunun yarımfinalında “Edmonton”a 1:4 hesabıyla uduzub.Bu arada “Boston” Marko Şturmu baş məşqçi vəzifəsinə gətirib. “Bryuinz” noyabrda Cim Montqomerini istefaya göndərəndən sonra baş məşqçi səlahiyyətlərini onun köməkçisi Co Sakko yerinə yetirirdi. Şturm hokkeyçi karyerası ərzində, konkret 2005-10 aralığında “Boston”un şərəfini qoruyub. Almaniyalı bu komandanın formasında MHL-də keçirdiyi 302 oyunda 193 (106+87) xal toplayıb. Şturm 2015-18 aralığlnda çalışdırdığı Almaniya yığmasını Olimpiada-2018-də finala çıxarıb. Məşqçi mövzusunda daha bir maraqlı xəbər var. “Vaşinqton”un çalışdırıcısı Spenser Karberi MHL-də 2024/25 mövsümünün yekununa görə “Cek Adams Evord”un qalibi olub. Bu mükafat mövsümün ən yaxşı məşqçisinə təqdim edilir. Karberi finalda Skott Arniel (Vinnipeq) ilə Marten San-Luini (Monreal) arxada qoyub. O, 464, Arniel 249, San-Lui 66 xal toplayıb. “Vaşinqton” son mövsümdə 111 xalla Şərq konfransının qalibi olsa da, pley-offun 2-ci mərhələsində “Karolina” ilə bacarmayıb (1:4).

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
2
1
icma.az

2Sources