EN

Gilces Aleksander tarix yazdı

Footbal-plus portalından verilən məlumata görə, ain.az xəbər yayır.

MBA-nın final seriyasında ilk üç oyun keçirildi. "Football-plus.az" xəbər verir ki, ilk oyunda qələbəni son saniyələrdə əldən verən “Oklahoma-Siti” 2-ci oyunda hesabı bərabərləşdirə bildi. “Tander”in müdafiəçisi Şey Gilces-Aleksander bu oyunlarda 72 xal topladı. 26 yaşlı kanadalı final seriyasının ilk iki oyununda xal sayına görə yeni rekord müəyyənləşdirdi. Əvvəlki rekord 2001-ci ildə debütdə 71 xal toplayan Allen Ayversona məxsus idi.Seriyanın 3-cü oyununda evdə qələbə qazanan “İndiana” hesabda önə keçdi. Bu komandanın yüngül forvardı Benedikt Maturin 22 dəqiqə ərzində 27 xal toplamaqla qələbədə önəmli rol oynadı. Onun hesabında 4 ribuand və 1 məhsuldar ötürmə də var. Maturin MBA tarixinə 21-ci əsrdə final seriyasında sonradan oyuna qoşulmaqla ən azı 25 xal toplayan 3-cü oyunçu kimi düşdü. Son 25 ildə bunu yalnız Ceyson Terri və Manu Cinobili bacarmışdıq.MBA-da final seriyaları ilə bağlı daha bir maraqlı statistika var. 3-cü oyunda qələbə qazanan komandanın sonda çempionluğu bayram etməsi ehtimalı 81 faizdi. Seriyanın 4-cü oyununun bu gün keçiriləcəyini də xatırladaq.6 iyunOklahoma-Siti – İndiana 110:111 (29:20, 28:25, 28:31, 25:35)Seriyada hesab – 0:1.9 iyunOklahoma-Siti – İndiana 123:107 (26:20, 33:21, 34:33, 30:33)Seriyada hesab – 1:1.12 iyunİndiana - Oklahoma-Siti 116:107 (24:32, 40:28, 20:29, 32:18)Seriyada hesab – 2:1.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
1
1
icma.az

2Sources