AZ

Gilces-Aleksander tarix yazdı

MBA-nın final seriyasında ilk üç oyun keçirildi.

"Football-plus.az" xəbər verir ki, ilk oyunda qələbəni son saniyələrdə əldən verən “Oklahoma-Siti” 2-ci oyunda hesabı bərabərləşdirə bildi. “Tander”in müdafiəçisi Şey Gilces-Aleksander bu oyunlarda 72 xal topladı. 26 yaşlı kanadalı final seriyasının ilk iki oyununda xal sayına görə yeni rekord müəyyənləşdirdi. Əvvəlki rekord 2001-ci ildə debütdə 71 xal toplayan Allen Ayversona məxsus idi.

Seriyanın 3-cü oyununda evdə qələbə qazanan “İndiana” hesabda önə keçdi. Bu komandanın yüngül forvardı Benedikt Maturin 22 dəqiqə ərzində 27 xal toplamaqla qələbədə önəmli rol oynadı. Onun hesabında 4 ribuand və 1 məhsuldar ötürmə də var. Maturin MBA tarixinə 21-ci əsrdə final seriyasında sonradan oyuna qoşulmaqla ən azı 25 xal toplayan 3-cü oyunçu kimi düşdü. Son 25 ildə bunu yalnız Ceyson Terri və Manu Cinobili bacarmışdıq.

MBA-da final seriyaları ilə bağlı daha bir maraqlı statistika var. 3-cü oyunda qələbə qazanan komandanın sonda çempionluğu bayram etməsi ehtimalı 81 faizdi. Seriyanın 4-cü oyununun bu gün keçiriləcəyini də xatırladaq.

6 iyun
Oklahoma-Siti – İndiana 110:111 (29:20, 28:25, 28:31, 25:35)
Seriyada hesab – 0:1.

9 iyun
Oklahoma-Siti – İndiana 123:107 (26:20, 33:21, 34:33, 30:33)
Seriyada hesab – 1:1.

12 iyun
İndiana - Oklahoma-Siti 116:107 (24:32, 40:28, 20:29, 32:18)
Seriyada hesab – 2:1.

Seçilən
24
1
football-plus.az

2Mənbələr