EN

Keçmiş Pentaqonun rəhbəri ABŞ-nin İrana zərbəsinin nə ilə nəticələnəcəyini açıqlayıb

Pentaqonun keçmiş rəhbəri və Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş rəhbəri Leon Panetta bildirib ki, ABŞ-nin İrana zərbə endirməsi qaçılmaz olaraq Vaşinqtonu regional müharibəyə sürükləyəcək..

Poliqon xəbər verir ki, onun sözlərini CNN nəşri yayıb.

"Əgər ABŞ prezidenti Donald Tramp İrana hücum etsə, şübhəsiz ki, Birləşmiş Ştatlar özünü regional müharibəyə cəlb edəcək", Panetta qeyd edib.

O qeyd edib ki, Birləşmiş Ştatlar 2003-cü ildə İraqı işğal edərkən də oxşar səhvə yol verib.

Poliqon.info 

Chosen
28
poliqon.info

1Sources