İslam Maxaçovun məşqçisi Xavyer Mendes hazırda UFC-nin əsas ulduzlarının kimlər olduğu haqda fikirlərini bölüşüb.
Publika.az xəbər verir ki, “Red Corner MMA” Mendesdən sitat gətirib: “Con Cons və İslam Maxaçev hazırda UFC-nin əsas ulduzlarıdır”.
Xatırladaq ki, Cons hazırda çəki dərəcəsindən asılı olmayaraq ən yaxşı UFC döyüşçülərinin reytinqində üçüncü yeri tutur. İkinci yerdə Gürcüstan təmsilçisi Merab Dvalişvili qərarlaşıb.