EN

Hemilton “Ferrari”dən gedə bilər

"Football-plus.az" xəbər verir ki, “Formula-1”in sabiq pilotu və FIA-nın stüardı Derek Urovik britaniyalı Lüis Hemiltonun “Ferrari”dəki çıxışını şərh edib:
“Hemiltonun “Ferrari”də yaxşı nəticə göstərməməsinin səbəbini bilmirəm. Bu artıq bir müəmmadı. O Çində sprinter yarışında qələbə qazananda düşündüm ki, bu, dönüş anıdı, ancaq yenə də maşın Lüisin xoşuna gəlmir. Düşünürəm ki, hamımız Lüisin “Ferrari”yə keçidinə 8-ci dəfə dünya çempionu olmaq baxımından gözəl şans kimi yanaşdıq. Yəqin çoxları veə Hemilton özü də yeni komandaya uğunlaşmanın necə çətin olduğunu qiymətləndirə bilmir. Lüisin qələbələr qazanmasını və dünya çempionluğu uğrunda mübarizə aparmasını istəyirəmmi? Bəli. Düşünürəm ki, bunu haqq edir. Ancaq bu il bu baş verməyəcək. Və onu da düşünürəm ki, işlər elə belə davam edəcəksə, Lüis indidən “Ferrari”dən ayrılmaqla bağlı düşünməlidi”.
Chosen
8
1
football-plus.az

2Sources