ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Birləşmiş Ştatlar İrana nüvə proqramı ətrafında yaranmış böhranın diplomatik yolla həlli üçün "maksimum" iki həftə vaxt verir.
Tramp bunu Nyu-Cersi ştatında jurnalistlərin suallarını cavablandırarkən bildirib.
“Biz onlara müəyyən vaxt veririk. Bu müddətin necə keçəcəyini görəcəyik. Amma mən deyərdim ki, bu, maksimum iki həftəlik bir dövr ola bilər,” – Ağ Ev rəhbəri vurğulayıb.
Onun sözlərinə görə, bu müddət ərzində Tehran Vaşinqtonun hərbi zərbələrinin qarşısını almaq üçün razılaşma yolunu seçməlidir.
APA
Tarix: 21 İyun 2025, 05:33