AZ

ABŞ nüvə proqramı ətrafında yaranmış böhranın diplomatik həlli üçün İrana iki həftə vaxt verib

ABŞ

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Birləşmiş Ştatlar İrana nüvə proqramı ətrafında yaranmış böhranın diplomatik yolla həlli üçün "maksimum" iki həftə vaxt verir.

APA xəbər verir ki, Tramp bunu Nyu-Cersi ştatında jurnalistlərin suallarını cavablandırarkən bildirib.

“Biz onlara müəyyən vaxt veririk. Bu müddətin necə keçəcəyini görəcəyik. Amma mən deyərdim ki, bu, maksimum iki həftəlik bir dövr ola bilər,” – Ağ Ev rəhbəri vurğulayıb.

Onun sözlərinə görə, bu müddət ərzində Tehran Vaşinqtonun hərbi zərbələrinin qarşısını almaq üçün razılaşma yolunu seçməlidir..

Seçilən
0
5
xalqcebhesi.az

10Mənbələr