EN

İqlim dəyişikliyi, qlobal istiləşmə-Heyvanlar yox olur?-“Onlar buna məcburdurlar”-ÖZƏL

“İqlim dəyişikliyi, qlobal istiləşmə bütün ətraf mühitə, biomüxtəlifliyə, elmə bəlli olan və bəlli olmayan sahələrə təsir göstərib. Sözsüz ki,  canlı aləmdə də heyvanlar temperaturun 0.1 faiz yaxud 0.5 dərəcə artmasına özlərinin orqanizm tələbi baxımından reaksiya verirlər. Misal üçün dağ keçiləri... Çünki temperatura dözə bilmirlər. Eyni ilə temperatur yuxarı qalxdıqca bir sıra dağ keçiləri, dağ heyvanları özlərinin bədənlərinin qəbul etdiyi temperatura görə məcburdurlar yuxarı qalxmağa. Onlar təbii seçim edirlər”
 
Bunu Moderator.az-a açıqlamasında Coğrafiya institunun Hidrologiya şöbəsinin müdiri Rza Mahmudov deyib.
O bildirib ki, paytaxt ərazisində rast gəldiyimiz quşlar da demək olar ki, artıq yoxa çıxıb. Bunun səbəbinə gəlincə isə...
 
“Şəhər mühitində müxtəlif quşların müşahidə olunmaması halları artıb. Bütün bunlara da səbəb iqlim dəyişikliyidir. Hər bir heyvan (quş) həssaslığı ilə onun bədəninin tələb etdiyi temperatur mühitinə uyğun şərait seçir və həmin ölkəyə uçur. Bu təbii seçimdir. Məsələn, bir müddət əvvəl görürlər ki, Alyaska meşələri məhv olur. Görüblər ki, nə yanğın var, nə də başqa bir şey, amma məhv olur. Niyə? Çünki orada temperatur artımında elə həşəratlar çoxalması baş verir ki, o həşəratlar meşə örtüyünü tamamilə məhv edir. Hətta iqlim dəyişmələri nəinki heyvanlara, insan orqanizminə də təsir göstərir. Bu da günvurma, maqnit qasırğaları və s. ilə müşahidə edilir” deyə o bildirib.
Chosen
21
moderator.az

1Sources