EN

Biz heç kimlə danışıqlar aparmaq istəmirik – İranın xarici işlər naziri Abbas Əraqçi

İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, İsrail İslam Respublikası ərazisinə zərbələr endirməkdə davam edərkən Tehran hər cür danışıqlardan imtina edir.

Editor.az bildirir ki, İran diplomatiyasının rəhbəri ABŞ-ın danışıqlar tələbinə belə cavab verib. İndiki şəraitdə sionist rejimin İrana hücumları davam etdiyi bir vaxtda biz heç kimlə danışıqlar aparmaq istəmirik… Amerikalılar istəyirlər, onlar bir neçə dəfə ciddi mesajlar veriblər, amma biz onlara açıq şəkildə bildirdik ki, təcavüz dayandırılmayana qədər dialoq və diplomatiyadan söhbət gedə bilməz, – Abbas Əraqçı deyib.

Qeyd edək ki, dünən Əraqçı “Avropa üçlüyü” ölkələrinin – Böyük Britaniya, Fransa və Almaniyanın xarici işlər nazirləri ilə görüşə hazır olduğunu təsdiqləyib. Görüş iyunun 20-də Cenevrədə keçirilməli idi. Bundan əvvəl “Reuters” xəbər vermişdi ki, Abbas Əraqçi ABŞ-ın xüsusi nümayəndəsi Stiv Vitkoffla qeyri-ictimai danışıqlar aparır.

//Samir Qurbanov, Editor.az

Chosen
7
editor.az

1Sources