“Football-plus.az” bu problemin nə vaxt aradan qalxacağı ilə maraqlanıb.
Aqşin Mürsəlov, “İmişli”nin idarə heyətinin sədri:
“Hazırlıq gedir, saytın mövsüm başlayana qədər istifadəyə verilməsi planlaşdırılır”.
Bəhruz Musayev, “Karvan”ın mətbuat katibi: “Karvan.az” saytı bizə məxsusdu. Neçə illərdi saytın domenini almışıq, qalıb bizdə. Komandamız o prosesə gəlib çatana qədər saytda da yeniliklər olacaq. “Karvan.az” saytı premyer-liqanın ilk saytlarındandı”.
MÜZƏFFƏR QULUZADƏ