AZ

“Karvan”la “İmişli”nin saytı niyə yoxdu? – klublar açıqladı

Elitaya yüksələn “Karvan” və “İmişli” daha bir məsələdə qalan 10 klubdan geri qalır. Belə ki, bu iki klubun rəsmi saytı yoxdu.

“Football-plus.az” bu problemin nə vaxt aradan qalxacağı ilə maraqlanıb.

Aqşin Mürsəlov, “İmişli”nin idarə heyətinin sədri:
“Hazırlıq gedir, saytın mövsüm başlayana qədər istifadəyə verilməsi planlaşdırılır”.
Bəhruz Musayev, “Karvan”ın mətbuat katibi:
“Karvan.az” saytı bizə məxsusdu. Neçə illərdi saytın domenini almışıq, qalıb bizdə. Komandamız o prosesə gəlib çatana qədər saytda da yeniliklər olacaq. “Karvan.az” saytı premyer-liqanın ilk saytlarındandı”.

MÜZƏFFƏR QULUZADƏ
Seçilən
14
1
football-plus.az

2Mənbələr