BAKI, 20 iyun. TELEQRAF
Rusiya ilə Çin arasında qarşılıqlı ticarətin həcmi 7 faiz artaraq, 245 milyard dollar səviyyəyə çatıb.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Çinin Dövlət Şurasının baş nazirinin müavini Din Syuesyan ilə görüşündə bildirib.
Rusiya lideri deyib: "İqtisadi əlaqələr bütün çətinliklərə baxmayaraq inkişaf edir. 245 milyard dollar çox yaxşı göstəricidir".