EN

İran Hayfanın iki strateji obyektini vurub - VİDEO

"Çox məyusam. İranın hücumu nəticəsində iki strateji obyekt zərər görüb".

Bizim.Media xəbər verir ki, bunu Hayfa şəhərinin meri Yona Yahav bildirib.

İsrail Müdafiə Ordusunun məlumatına görə, 20 iyun tarixində günorta saatlarında İranın İsrailə endirdiyi son raket zərbəsi zamanı təxminən 25 ballistik raket atılıb.

İranın Hayfa şəhərinə hücumu nəticəsində 17 nəfər xəsarət alıb. Onlardan ikisi — 16 yaşlı yeniyetmə və 40 yaşlı kişi ağır yaralanıb.

Qeyd edək ki, daha əvvəl SEPAH (İranın İnqilab Keşikçiləri Korpusu) "Həqiqi vəd 3" adlı əməliyyatın 17-ci mərhələsinin başladığını elan etmişdi. Bu mərhələdə uzaqmənzilli və superağır raketlərin istifadəsi ilə kombinə edilmiş hücum həyata keçirilib.


Bizim.Media

Chosen
17
50
bizim.media

10Sources