EN

Nizami rayonunda tibbi maska ilə kamuflyaj olunaraq quldurluq edən şəxs saxlanılıb

Paytaxtın Nizami rayonunda quldurluq hadisəsi qeydə alınıb.
 
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
 
Bildirilib ki, naməlum şəxs üzünü gizlətmək üçün tibbi maska ilə kamuflyaj olunaraq əvvəlcə vətəndaşların birini təqib edib və onun bankomatda pul vəsaitini nağdlaşdırmasını gözləyib. Daha sonra insanların sıx olmadığı bir ərazidə ona yaxınlaşaraq fiziki güc tətbiq edib və zərərçəkənə məxsus mobil telefon, içərisində 745 manat nağd pul, bank kartı, şəxsiyyət vəsiqəsi olan pulqabısını ələ keçirib.
 
Nizami Rayon Polis İdarəsinin (RPİ) 24-cü Polis Şöbəsinin (PŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə quldurluq əməlini törətməkdə təqsirli bilinən, əvvəllər də məhkum olunmuş 28 yaşlı Ramin Tağıyev saxlanılıb. Onun cinayət əməli təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb.
 
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

 

Chosen
4
20
moderator.az

10Sources