AZ

Nizami rayonunda quldurluq edən şəxs saxlanılıb

Bakı, 20 iyun, AZƏRTAC

Paytaxtın Nizami rayonunda quldurluq hadisəsi qeydə alınıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, naməlum şəxs üzünü gizlətmək üçün tibbi maska ilə kamuflyaj olunaraq əvvəlcə vətəndaşların birini təqib edib və onun bankomatda pul vəsaitini nağdlaşdırmasını gözləyib.

Sonra insanların sıx olmadığı bir ərazidə ona yaxınlaşaraq fiziki güc tətbiq edib və zərərçəkənə məxsus mobil telefon, içərisində 745 manat nağd pul, bank kartı, şəxsiyyət vəsiqəsi olan pulqabını ələ keçirib.

Nizami Rayon Polis İdarəsinin 24-cü polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində quldurluq əməlini törətməkdə təqsirli bilinən, əvvəllər də məhkum olunmuş 28 yaşlı Ramin Tağıyev saxlanılıb. Onun cinayət əməli təhlükəsizlik kameraları vasitəsilə lentə alınıb.

Faktla bağlı cinayət İşi başlanılıb, araşdırmalar davam etdirilir.

Seçilən
0
20
azertag.az

10Mənbələr