İsmayıllıda yanğın hadisəsi baş verib.
APA-nin Şirvan bürosu xəbər verir ki, hadisə cücə sexində qeydə alınıb. Sexin dam örtüyü, tikiliyə bitişik olan tikinti materialları mağazasının bir hissəsi yanıb.
Əraziya FHN-nin yanğından mühafizə hissəsinin əməkdaşları cəlb olunub və yanğın nəzarətə alınaraq söndürülüb.
Yanğının səbəbləri araşdırılır.