İsmayıllıda yanğın hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə cücə sexində qeydə alınıb. Sexin dam örtüyü, tikiliyə bitişik olan tikinti materialları mağazasının bir hissəsi yanıb.
Əraziyə FHN-nin yanğından mühafizə hissəsinin əməkdaşları cəlb olunub və yanğın nəzarətə alınaraq söndürülüb.
Yanğının səbəbləri araşdırılır.