Bakı. Trend:
İqtisadiyyat Nazirliyində Azərbaycan Respublikası ilə ÖzbəkistanRespublikası arasında əməkdaşlıq üzrə Birgə hökumətlərarasıkomissiyanın 14-cü iclası keçirilib.
İqtisadiyyat Nazirliyindən Trend-ə bildirilib ki, Birgə hökumətlərarasıkomissiyanın həmsədri, iqtisadiyyat naziri Mikayıl Cabbarovvurğulayıb ki, dövlət başçılarımızın siyasi iradəsi, yüksəksəviyyəli səfərlər, əldə olunan razılaşmalar Azərbaycan-Özbəkistanəlaqələrinin genişləndirilməsində xüsusi rol oynayır. Birgəhökumətlərarası komissiyanın bu istiqamətdə fəaliyyəti müsbətqiymətləndirilib və tərəfdaşlığın daha da gücləndirilməsi ilə bağlıqarşıda yeni tapşırıqların durduğu diqqətə çatdırılıb.
Qeyd olunub ki, ölkələrimiz arasında iqtisadi-ticarətmünasibətləri davamlı müsbət dinamika nümayiş etdirir. Bu ilin ilkbeş ayında Özbəkisanla ticarət dövriyyəsi ötən ilin eyni dövrü iləmüqayisədə üç dəfədən çox artıb. İnvestisiya üzrə işbirliyi vacibistiqamətlərdəndir. Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətiölkələrimizdə və regionda layihələrin birgə maliyyələşdirilməsiüçün əlavə imkanlar açır. Hazırda şirkət tərəfindən müxtəlifistiqamətlərə aid 15 perspektivli layihə nəzərdən keçirilir.
Özbəkistanla avtomobil istehsalı sahəsində də birgə layihələrləbağlı əhəmiyyətli uğurlar əldə edilib. “Azərmaş” ASC və“Uzavtosanoat” ASC “Chevrolet” markalı avtomobillərin və onlarınehtiyat hissələrinin istehsalı məqsədi ilə Hacıqabul SənayeParkında işləri davam etdirir. 2023-cü ildə sənaye parkındaavtomobil istehsalı üzrə ikinci zavodun təməlqoyma mərasimikeçirilib. Hazırda müəssisənin tikintisi aparılır. Cari tarixədək“Uzavtosanoat” SC ilə əməkdaşlıq çərçivəsində 8900-ə yaxınavtomobil istehsal olunub. Bununla yanaşı, Azərbaycanda pambıqçılıqklasterinin yaradılması üzrə uğurlu əməkdaşlıq, həmçinin tikinti vədigər sahələr üzrə reallaşdırılan və potensial investisiyalayihələri haqqında məlumat verilib.
Birgə hökumətlərarası komissiyanın həmsədri, Özbəkistanıninvestisiyalar, sənaye və ticarət naziri Laziz Kudratov ölkəsininAzərbaycanla müxtəlif sahələrdə uğurlu tərəfdaşlıq münasibətlərinivurğulayıb, işbirliyinin yeni istiqamətlər üzrə inkişafı, ticarətədövriyyəsinin artırılması, biznes dairələrinin əməkdaşlığınıngenişləndirilməsi və birgə layihələrin icrası barədə fikirlərinibölüşüb.
İclasda iqtisadi-ticarət əlaqələrinin şaxələndirilməsi,sərmayələrin təşviqi, sənayenin müxtəlif istiqamətləri, energetika,kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlğın cari vəziyyəti vəgələcək inkişaf perspektivləri barədə müzakirələr aparılıb.
Tədbirin sonunda Birgə hökumətlərarası komissiyanın həmsədrləritərəfindən iclasın yekunlarına dair Protokol imzalanıb. Sənəddəiqtisadi-ticarət, energetika, nəqliyyat, innovasiyalar və dövlətxidmətlərinin göstərilməsi, səhiyyə və əczaçılıq, kənd təsərrüfatı,qida təhlükəsizliyi, mədəni-humanitar və sosial, turizm, media vəkommunikasiya sahələrində işbirliyinin gücləndirilməsi nəzərdətutulur.