AZ

Özbəkistanla tərəfdaşlığın inkişafına dair müzakirələr aparılıb

İqtisadiyyat Nazirliyində keçirilən Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əməkdaşlıq üzrə Birgə hökumətlərarası komissiyanın 14-cü iclasında ikitərəfli iqtisadi-ticarət əlaqələrinin şaxələndirilməsi üzrə görülən işlər nəzərdən keçirilib.

Yenisabah.az xəbər verir ki, İqtisadiyyat Nazirliyində Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əməkdaşlıq üzrə Birgə hökumətlərarası komissiyanın 14-cü iclası keçirilib. 

Qeyd olunub ki, ölkələrimiz arasında iqtisadi-ticarət münasibətləri davamlı müsbət dinamika nümayiş etdirir. Bu ilin ilk beş ayında Özbəkisanla ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə üç dəfədən çox artıb. İnvestisiya üzrə işbirliyi vacib istiqamətlərdəndir. Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti ölkələrimizdə və regionda layihələrin birgə maliyyələşdirilməsi üçün əlavə imkanlar açır. Hazırda şirkət tərəfindən müxtəlif istiqamətlərə aid 15 perspektivli layihə nəzərdən keçirilir.

İclasda iqtisadi-ticarət əlaqələrinin şaxələndirilməsi, sərmayələrin təşviqi, sənayenin müxtəlif istiqamətləri, energetika, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlğın cari vəziyyəti və gələcək inkişaf perspektivləri, eləcə də barədə müzakirələr aparılıb.

Tədbirin sonunda Birgə hökumətlərarası komissiyanın həmsədrləri tərəfindən iclasın yekunlarına dair Protokol imzalanıb. Sənəddə iqtisadi-ticarət, energetika, nəqliyyat, innovasiyalar və dövlət xidmətlərinin göstərilməsi, səhiyyə və əczaçılıq, kənd təsərrüfatı, qida təhlükəsizliyi, mədəni-humanitar və sosial, turizm, media və kommunikasiya sahələrində işbirliyinin gücləndirilməsi nəzərdə tutulur.


Telegram kanalımız
Seçilən
4
4
yenisabah.az

6Mənbələr