EN

“Sabah”ın rəqibi beşinci transferini reallaşdırdı – növbəti 3 illik müqavilə

“Sabah”ın Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi “Selye” daha bir futbolçuyla anlaşıb.

“Football-plus.az” Sloveniya təmsilçisinin rəsmi saytına istinadla xəbər verir ki, “qraflar” Milot Advili ilə güclənib.

Komanda son mövsümü Ukrayna “Vorskla”sında keçirən 21 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalayıb.

Advili yarmmüdafiənin bütün mövqelərində effektli çıxış edə bilir. “Transfermarkt”a görə, oyunçunun bazar dəyəri 250 min avrodu. O, bu ilin yanvarında keçdiyi “Vorskla”da 10 oyunda forma geyib.

Xatırladaq ki, “Selye” daha əvvəl Qasper Vodeba, İvitsa Vidoviç, Franko Kovaçeviç və Daniel Şturm ilə güclənib.

KƏNAN BAHADIR

Chosen
20
1
football-plus.az

2Sources