Azərbaycanda akkreditə olunmuş diplomatlar, o cümlədən hərbi attaşelər və beynəlxalq təşkilatların rəhbərlərindən ibarət nümayəndə heyəti Laçın şəhərinə səfər edib.
Bakıvaxtı.az xəbər verir ki, qonaqlar şəhərdə aparılan bərpa işləri ilə tanış olublar.
Onlar həmçinin Azərbaycan xalqının azad edilmiş ərazilərə qayıdaraq şəhərdə həyatı necə bərpa etməsinin şəxsən şahidi olublar.
Bundan başqa, qonaqlar “Hocazfilm” kinostudiyasında olublar.