Azərbaycanda akkreditə olunmuş xarici diplomatlardan hərbi attaşelərdən və ölkədəki beynəlxalq təşkilatların nümayəndələrindən ibarət nümayəndə heyəti Laçındakı “Yurd” sərgi mərkəzini ziyarət edib.
"Report" xəbər verir ki, səfər iştirakçıları Azərbaycan mədəniyyətinin elementlərini əks etdirən ekspozisiyalarla tanış olublar.