Bakı, 20 iyun, AZƏRTAC
Özbəkistan Azərbaycan investorları üçün əsas tərəfdaşlardan biridir. Biz özbək biznesinin bizim bazara böyük marağını müşahidə edirik.
AZƏRTAC xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən lll Azərbaycan-Özbəkistan regionlararası forumda çıxışı zamanı deyib.
“Bu istiqamətdə 500 milyon dollar nizamnamə kapitalına malik Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin fəaliyyəti mühüm rol oynayır. Fond yarandığı gündən iqtisadiyyatın real sektorunda layihələrin həyata keçirilməsində fəal iştirak edir”, - deyə nazir qeyd edib.